Modern.az

İsa Qəmbər: “Saakaşvilinin çevriliş bəyanatı hakimiyyətlə razılaşdırılmış bir açıqlamadır”

İsa Qəmbər: “Saakaşvilinin çevriliş bəyanatı hakimiyyətlə razılaşdırılmış bir açıqlamadır”

Country

2 Mart 2013, 15:06

“Saakaşvilinin fikirləri hakimiyyətlə söhbətlər nəticəsində razılaşdırılmış bir açıqlamadır”. Bunu Modern.az-a açıqlamasında Müsavat başqanı İsa Qəmbər Gürcüstan prezidenti M.Saakaşvilinin “Azərbaycanda dövlət çevrilişi hazırlanır” açıqlamasına münasibət bildirərkən deyib. Müsavat başqanı bildirib ki, bir dövlətin başçısı belə bir açıqlama ilə çıxış edirsə, o açıqlamaya diqqətlə yanaşılmalıdır.

“Eyni zamanda təhlükə olduğu həddə qiymətləndirilməlidir. Real təhlükə varsa, bu barədə cəmiyyət məlumatlandırılmalıdır və cəmiyyət ortaq mövqeydən çıxış etməyi bacarmalıdır. Həmçinin, ona da imkan verilməli deyil ki, istər Azərbaycanda, istərsə də Gürcüstanda hakimiyyət Rusiya təhlükəsindən istifadə edərək özlərinin daxili-siyasi problemlərini həll etməyə girişsinlər. Bu onların işidi, amma cəmiyyət imkan verməli deyil ki, siyasətçilər, dövlət adamları dövlət, millət maraqları adı altında öz şəxsi siyasi maraqlarını təmin etməyə başlasınlar. Ona görə də hər şey olduğu kimi qiymətləndirilməlidir”.

Saakaşvilin dediyi təhlükə yaransa, müxalifətin hansı mövqeydə duracağına gəlincə, İsa Qəmbər bunu hakimiyyətin əsaslandırılmalı olduğunu deyib.

“Hakimiyyət ortaya mövqe qoymalıdır. Eyni zamanda, istənilən halda hakimiyyət öz xalqına, cəmiyyətinə, insanına, gəncinə diqqətlə, qanunla yanaşmalıdır. Siyasi və vicdan məhbuslarının azad edilməsi təmin edilməlidir. Cəmiyyətdə ümumi problemləri birgə qarşılayacaq ab-hava yaratmaq üçün müxalifət hər zaman fədakarlıq edir, ancaq bunu ilk növbədə hakimiyyət etməlidir”.

Anar Kəlbiyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı