Modern.az

Rəsul Quliyevdən yeni MESAJ: “Qayıdacam və seçkidə iştirak edəcəm…”

Rəsul Quliyevdən yeni MESAJ: “Qayıdacam və seçkidə iştirak edəcəm…”

Country

12 Aprel 2013, 11:27

Azərbaycanın eks-spikeri, hazırda ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyev yenidən vətənə qayıtması ilə bağlı açıqlama verib. R.Quliyev bu ilin payızında keçiriləcək prezident seçkilərində namizəd kimi iştiraka iddialı olduğunu da vurğulayıb.

Modern.az saytına açıqlamasında Milli Məclisin sabiq sədri Azərbaycana nə zaman qayıdacağı ilə bağlı suala konkret cavab verməsə də, bu haqda vaxtı çatanda məlumat verəcəyini bildirib.

“Mən heç vaxt “2013-cü ilin martında Azərbaycana gələcəyəm” deməmişəm. Mən demişəm ki, mart və ya aprel aylarında Azərbaycana qayıtmağımın konturları məlum olacaq və bu barədə məlumat verəcəyəm”,-deyə eks-spiker bildirib.

R.Quliyev daha sonra aparıcı müxalifət liderlərinə seçki mesajı göndərib:

“İkincisi “seçkilərdə iştirak edəcəyəm” bəyanatını 2011-ci ilin dekabrında elan etmişəm. Amma bu gün əsas söhbət prezidentliyə namizədliyi irəli sürməkdən yox, ölkədə
azad və ədalətli seçkilərin keçrilməsinə nail olmaqdan gedir, hamı da bu istiqamətdə səylərini birləşdirməlidir. Təəssüf ki, bu müddət ərzində biz azad və ədalətli seçki keçirməkdən daha uzaqlaşmış və seçkilərin saxtalaşdırılmasına yaxınlaşmışıq”.

Uzun illərdir Amerikada yaşayan Rəsul Quliyev bir müddət əvvəl Modern.az-a açıqlamasında prezident seçkilərinə qatılacağını bildirərək bu məqsədlə Bakıya qayıdacağını bəyan edib. Eks-spiker bildirib ki, əgər o, seçkilərə qatılmasa, müxalifət məğlub olacaq.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı