Modern.az

Azərbaycanda 5 nəfəri ilan sancıb

Azərbaycanda 5 nəfəri ilan sancıb

کشور

15 May 2013, 12:46


İlan sancması Azərbaycan üçün nadir hadisə sayılsa da son illər ilan əqrəb sancmalarının sayı artıb. Havalar hələ tam istiləşməmiş artıq belə faktlar qeydə alınıb. Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun Modern.az-a verdiyi məlumata görə, dörd ay ərzində 5 nəfər ilan sancması ilə bağlı Mərkəzə müraciət edib. Onun sözlərinə görə, iki nəfər bununla bağlı hələ də müalicə alır. Zəhərli həşərat sancmalarının daha çox rayonlarda baş verdiyini söyləyən Azər Maqsudovun sözlərinə görə, Bakıda hələ ki, belə fakt aşkar olunmayıb: “İlan sancmaları daha çox Kürdəmir, Şamaxı, Qəbələdə baş verib. Müraciət edənlər gürzə ilanının zəhərlənməsi ilə daxil olub. Əqrəb sancması ilə də müraciət edənlər var. Amma həmin sancmaları zəhərlənmə kimi qiymətləndirmirik. Müraciət edirlər buraxırıq evə”.

Gültəkin ƏLƏSGƏR    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı