Modern.az

«Azərikimya»da işçilərə hər gün süd içirirlər

«Azərikimya»da işçilərə hər gün süd içirirlər

Страна

21 İyun 2010, 19:14

«Azərikimya» Dövlət Neft Şirkətinin (ARDNŞ) tabeliyinə veriləndən sonra bu qurumda bir sıra yeniliklər tətbiq olunmağa başlayıb.

Modern.az xəbər verir ki, ARDNŞ-nin mətbuat xidmətindən bildirlib ki, ağır və çətin istehsalat şəraitində çalışan və zərərli kimyəvi reagentlərlə işləyən əməkçilərə iş zamanı qəbul etmək üçün süd verilməsi təcrübəsi bərpa olunub. İyunun 17-dən iş şəraiti ağır kateqoriyaya aid edilən 1100 nəfərə yaxın kimyaçıya hər iş günü üçün 0,5 litr həcmində təzə süd verilməsinə başlanışıb. Bununla da «Üzvi Sintez» zavodu üzrə 340, Etilen-Polietilen zavodu üzrə 500, Səthi Aktiv Maddələr zavodu üzrə 240 nəfərdən artıq kimyaçının sağlamlığının daha etibarlı qorunması sahəsində daha bir mühüm addım atılıb. “«Azərikimya» İstehsalat Birliyində kimyaçıların südlə təmin olunması məsələsinə ilk gündən çox ciddi və tələbkarlıqla yanaşılır. Südün keyfiyyət göstəriciləri - bioloji təmizliyi, saxlanılma şəraiti, pasterizə olunma üsulu, yağlılıq dərəcəsi və faydalılıq əmsalı, yararlılığı və istifadə müddəti, habelə kimyaçılara çatdırılma qaydaları və s. amillər diqqətlə araşdırılıb. Eyni zamanda müəssisələrə gətirilmiş süd məhsullarının isti yay günlərində xüsusi soyuducularda saxlanılması təmin edilir. Kimyaçılar onların sağlamlığına göstərilən diqqət və qayğıya  razılıqlarını bildirirlər”-deyə ARDNŞ-dən bildirilib. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı