Modern.az

Adsız barmağı uzun olan kişilər üçün çox qorxulu xəbər

Adsız barmağı uzun olan kişilər üçün çox qorxulu xəbər

Ölkə

22 İyul 2010, 14:56

Cənubi Koreyadakı Qaçon Universitetinin nəzdindəki Qil Xəstəxanası həkimləri 40 yaşdan yuxarı olan 366 nəfər üzərində bir araşdırma aparlar. Araşdırmaya görə, sağ əldəki adsız barmağın (dördüncü) şəhadət barmağından (ikinci) əhəmiyyətli ölçüdə uzun olması, prostat xərçənginə tutulma riskinin yüksək olmasına işarədir.

Bundan öncə Londonda aparılan başqa bir araşdırmanın qan testləri ilə müəyyənləşdirlib ki, sağ əlinin adsız barmağı daha uzun olan kişilərdə prostat spesifik antigena (PSA) yüksəkdir.

Adsız barmağı şəhadət barmağından yalnız bir az uzun, ya da eyni uzunluqda olanlarınsa xəstəliyə tutulmağa daha az meylli olduqları ortaya çıxıb. Daha əvvəlki araşdırmalarda isə uzun adsız barmağın ürək narahatlıqlarını azaltdığı, imtahanlarda müvəffəqiyyət şansını artırdığı kimi müsbət yanlarından da danışılırdı.

 

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı