Modern.az

Deputat Azərbaycandakı bəzi universitetləri bağlamağa çağırdı

Deputat Azərbaycandakı bəzi universitetləri bağlamağa çağırdı

کشور

25 Dekabr 2014, 15:09

“Azərbaycanda fəaliyyət göstərən bir çox universitetin ya fəaliyyəti dayandırılmalı, ya da digərlərinə birləşdirilməlidir. Azərbaycanda elmin inkişafı üçün bir sıra universitetlərin birləşdirilməsi vacibdir”.

Modern.az saytının verdiyi xəbərə görə, bunu “Elm haqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Asim Mollazadə deyib.
Onun fikrincə, Azərbaycanda yalnız Bakı Dövlət Universiteti (BDU) keyfiyyətli təhsil normalarına cavab verir. O, bildirib ki, digər universitetlər BDU-dan fərqli olaraq, yüksək səviyyəli təhsil standartlarına uyğun deyil.

Deputat qeyd edib ki, sözügedən qanun layihəsində Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) elmi siyasəti müəyyən etmək səlahiyyət verilir: “Əgər elm siyasətini müəyyən edəcəksə və bu sahədə icraçı rolu oynayacaqsa, o zaman onun vəzifələri dəqiqləşdirliməlidir. Fikrimcə, bu, qanun layihəsində də öz əksini tapmalıdır”.

Asim Mollazadə bəzi muzeylərin, xüsusilə tarix muzeylərinin universitetlərin tabeliyinə verilməsinin də vacib olduğunu diqqətə çatdırıb.

Aqşin KƏRİMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı