Azərbaycan milli komandasının müdafiəçisi Rəşad Sadıqov bundan sonra futbolçu karyerasını Türkiyə superliqasında çıxış edən «Eskişehirspor» klubunda davam etdirəcək. Bu haqda qol.az-a Rəşadın artıq keçmiş klubu olan «Qarabağ»ın direktoru Əmrah Çəlikəl məlumat verib. Ə.Çəlikəl Rəşadın avqustun 29-da «Eskişehirspor»la müqavilə imzaladığını bildirib.
Qeyd edək ki, Rəşadın yeni klubu avqustun 29-da öz meydanında «Qalatasaray»la qarşılaşıb. Amma millimizin kapitanı bu oyunda meydana çıxmayıb.
Xatırladaq ki, R.Sadıqov müxtəlif vaxtlarda Türkiyənin "Kayserispor" və "Kocaelispor" klublarında da çıxış edib.