Modern.az

Prezident təqaüdü alan yazıçı və şairlərin adları niyə açıqlanmır?

Prezident təqaüdü alan yazıçı və şairlərin adları niyə açıqlanmır?

Ölkə

30 Avqust 2010, 14:16

Bir neçə ildir ki, Azərbaycan Yazıçılar Birliyinin 70 üzvünə prezident təqaüdü verilir. Bir il ərzində 50 yaşlı şair və yazıçı 300 manat, 20 cavan yazıçı və şair isə 200 manat təqaüd alır.
Yazıçı və şairlərə bir il müddətinə verilən təaqüdlərlə bağlı siyahıların hazırlanması həmişə qalmaqalla müşayiət olunub. Çünki təqaüd almaq istəyənlər çoxdur, siyahı isə məhdud. Hazırda prezident təqaüdü alan yaşlı və gənc yazarlar kimlərdir? Yazıçılar Birliyi onların adını açıqlaya bilərmi?
Modern.az bu suallara cavab almaq üçün Azərbaycan Yazıçılar Birliyinə (AYB) müraciət edib. Öncə AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu ilə əlaqə saxladıq. Ə.Əsgəroğlu sualımıza qurumun Kadrlar idarəsindən cavab ala biləcəyimizi bildirdi.
AYB-nin Kadrlar idarəsindən isə prezident təqaüdü alan yazarların adlarını açıqlamaq istəmədilər: “Bu bizim daxili sirrimizdir, siyahını niyə mətbuata çıxarmalıyıq ki...? Yalnız onu deyə bilərik ki, hazırda təqaüd alanlar cəmiyyətdə kifayət qədər tanınır, ədəbiyyatda tanımış simalardır, 30-40 ildir ki, Yazıçılar Birliyinin üzvləridirlər”.
Kadrlar idarəsindən bildirdilər ki, təqaüdçülər siyahısı müəyyənləşdirilərkən əsas meyar kimi yaradıcılıq uğurları, sosial vəziyyət, xəstəlik, şikəstlik, şəhid ailəsi olmaq və digər amillər nəzərə alınır.

Yazıçılar Birliyinin təqdimatı ilə hazırda 25 yazıçı və şair sə ömürlük təqaud alır.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı