Halbuki belə bir şey yox idi. O zaman baş nazir olaraq Robert Koçaryanı Qarabağdan gətirmişdilər və bu vəzifəyə yerləşdirmişdilər ki, Azərbaycan torpaqlarında törətdiyi cinayətləri ört- basdır eləsinlər. Koçaryan prezident olandan sonra artıq ona bir savaş suçlusu kimi baxılmayacaqdı və hörmətli Türk vəkil Kemal Kerinşsizin də Koçaryanla baölı Avropa İnsan Haqları Məhkəməsinə hazırladığı sənədlər də geri çevriləcəkdi. Çünki o artıq bir ölkənin başçısı idi. Və beləcə o Miloşeviçin və digər hərbi cinayətkarların taleyini yaşamaqdan qurtuldu. Digər bir cinayətkar Serj Sarkisyan da yargılanmaq təhlükəsi altında idi. Məlumdur ki, bizim Hərbi Prokurorluqda onun cinayətləri ilə bağlı çox ciddi faktlar vardı və bu adamın necə bir qorxu içində olduğunu 2001-ci ildə İrəvanda olarkən mən də görmüşdüm O zaman bu adam Müdafiə naziri idi və bizim jurnalistlərin ona ünvanladıqları suallara cavab verərkən nə günə düşdüyünü görmüşəm. Sanki biz onu həbs eləməyə gəlmişdik. Şübhəsiz bu hakimiyyət dəyişiklikləri Rusiyanın izni olmadan edilə bilməzdi . Və açıq söyləsək, Rusiyanın özü də bu adamlarla suç ortağıdır. Yəni bu adamlarla Rusiya cinayətləri birlikdə törədiblər.
Ermənilər vaxtı çatanda belə məsələləri Rusiya ilə oturub danışırlar və kimin hakimiyyətə gətirilməsini öz aralarında razılaşırlar və sonra buna uyğun da oyun qururlar. Dünyanı və bizləri aldatmaq üçün . Bax indi bunun vaxtı çatıb.( Sarkisyan öz missiyasını oynayıb qurtarmışdır). İndi bu oyunun startı verilib. Serj Sarkisyan guya “Çiçəklənən Ermənistan” lideri Qagik Tsarukyana hücum edir və bu hücum sonda ona aparıb çıxaracaq ki, Serj Sarkisyandan sonra ermənilərin gizli qapılar ardında razılaşdıqları adamı hakimiyyətə gətirəcəklər. Bu qədər. Oyunun mahiyyəti bundan ibarədir.
Amma bu işin həyata keçirilməsində Ermənistanda və onun kənarındakı ayrı-ayrı siyasi və kriminal qrupların maraqları toqquşur. Şübhəsiz ki, siyasi meydanda olan Ter-Petrosyanın, Koçaryanın, Raffi Hovhannisyanın, Tsarukyanın şəxsi və qrup maraqları da vardır. Amma erməni milli maraqları nəyi tələb edirsə ona uyğun addım atılacaqdır. Koçaryanı çıxmaq şərti ilə adını çəkdiyimiz üç liderin siyasi partiyaları guya birləşiblər.Ermənistan Milli Konqresi, “İrs” partiyaları öz tərəflərinə çəkərkən hesablayırdılar ki, “Çiçəklənən Ermənistan “ və onun lideri yalnız bu işdə onlara sponsor rolu oynayacaq. Amma Tsarukyan son vaxtlarda Moskvada Koçaryanın aracılığı ilə keçirdiyi “mühüm” görüşlərdə gördü ki, onun özü də Rusiyanın bu “vilayətində” Moskvadan gələn direktivləri yerinə yetirə bilər. Nədən olmasın? Onsuz da Koçaryanın yenidən hakimiyyətə gəlməsini Rusiya istəmir. Həm də Koçaryan Qagiki önə itələməklə bir neçə hədəfi zərəsizləşdirmək imkanı əldə edə bilər. Elə isə dostu və davamçısı nədən olmasın? Amma hakimiyyətdə önəmli yerdə Olan baş nazir Hovik Abrahamyan Tsarukyanın qudasıdır. Prezidentin Tsarukyanı vergi qaçaqçısı adlandırması və Təhlükəsizlik Şurasından onu çıxarması və sözün həqiqi mənasında ona bir savaş açması o deməkdir ki, oyun çox dərin yerlərdə düşünülüb. Bu savaşda qudanın hansı mövqedə dayanması da çoxlu suallar doğurur. Abrahamyan bu dəfə Tsarukyanı deyəsən “ram edə” bilməyəcək. Çünki yuxarıda Rusiyadır. Aşağıda olan Serj Sarkisyan isə indilik müqaviməti ona görə artırır və belə bir rəy yaratmaq istəyir ki, Rusiya üçün Tsarukyandan daha sədaqətli adamlar var. Bu onun Azərbaycanda cinayət ortağı Seyran Ohanyandır. Oyunlar davam edir…Bakı. 15.02.2015