Modern.az

Pənah Hüseyn: “Hanı qızıllar, cənab Şərifov?”

Pənah Hüseyn: “Hanı qızıllar, cənab Şərifov?”

Ölkə

30 Sentyabr 2010, 12:44

Azərbaycanın maliyyə naziri Samir Şərifovun bir neçə gün öncə  Azərbaycanın qızıl ehtiyatı ilə bağlı açıqladığı rəqəmlər Milli Məclisin bu günkü iclasında müxalifətdən olan millət vəkili Pənah Hüseyn narazılığına səbəb olub. Modern.az-ın məlumatına görə, deputat bildirib ki, 1992-ci ildə qızıl ehtiyatı indi açıqlanan göstəricidən qat-qat çox olub. P.Hüseyn son illər ərzində qızıl ehtiyatının azaldığını qeyd edərək buna maliyyə nazirinin açıqlıq gətirməsini istəyib.
“Hanı yoxa cıxan qızıllar, cənab Şərifov?”-deyə sual edən millət vəkili bu məsələnin parlamentin müzakirəsinə çıxarılmasını təklif edib.
Deputat bunu aydınlaşdırmaq komissiyanın yaradılmasını tələb edib.

Qeyd edək ki, maliyyə naziri Samir Şərifov ölkənin 99,5 kq həcmində qızıl ehtiyatının olduğunu deyib. S.Şərifovun sözlərinə görə, yaxın vaxtda bu miqdara daha 100 kq əlavə olunacaq, ilin sonuna kimi qızıl ehtiyatların həcmi yenidən artırılacaq.

Qeyd edək ki, qızıl ehtiyatları Azərbaycanda hasil olunan qızılın alınması və onun İsveçrədə emal edilməsindən sonra əldə olunan qızılın hesabına formalaşır. Qızılın 1 unsiyasının qiyməti hazırda dünya bazarlarında 1 308,3 dollara bərabərdir ki, bu da ilin əvvəli ilə müqayisədə 17% çoxdur.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı