Modern.az

Mədət Quliyev Eldar Mahmudovun qadağasını ləğv etdi

Mədət Quliyev Eldar Mahmudovun qadağasını ləğv etdi

Ülke

10 Dekabr 2015, 12:30

Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun tətbiqinə real olaraq başlanılıb.

Bu haqda Modern.az saytına vəkil Cavad Cavadov məlumat verib. O qeyd edib ki, bu dəyişiklik nazirlik rəhbərliyinin dəyişməsi ilə bağlıdır:

“Artıq həbsdə saxlanılan şəxslər qanunun tələbinə görə, zəng etmək hüququndan  istifadə edirlər və ailələri ilə görüşmək hüququ təmin olunur. Bu təcridxananın hüquqi statusu məsələsini kənara qoysaq, dəyişikliyi müsbət addım kimi dəyərləndirmək lazımdır. Çünki bu hüquqlar Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında indiyə kimi təmin olunmurdu”.

Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyinə rəhbərliyi nazirin birini müavini, general-leytenant Mədət Quliyev həyata keçirir. Hazırda nazirlik eks-nazir Eldar Mahmudovun kadrlarından təmizlənir.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı