Modern.az

Sabiq deputat yeni vəzifə tapıb

Sabiq deputat yeni vəzifə tapıb

Ölkə

9 Dekabr 2010, 20:12

Milli Məclisin sabiq deputatı, 7 noyabr seçkilərində 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən namizəd olmuş “Tağıyev” Şirkətlər Qrupunun təsisçisi Baba Tağıyev ictimai fəaliyyətini genişləndirir.
Modern.az-ın məlumatına görə, dekabrın 4-də Almaniyanın Bonn şəhərində keçirilmiş Dünya Azərbaycanlıları Konqresinin (DAK) XI Qurultayında iştirak edən B.Tağıyev bu qurumun İdarə Heyətinin üzvü seçilən 17 nəfərdən biri olub.

Xatırladaq ki, 7 noyabr seçkilərində məğlub olandan sonra B.Tağıyev “İrəli, Azərbaycan” İctimai Birliyinin sədri kimi daha çox ictimai fəaliyyətlə məşğul olacağını bildimişdi.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı