Modern.az

Təhsil Nazirliyi məktəb direktorlarına töhmət verəcək

Təhsil Nazirliyi məktəb direktorlarına töhmət verəcək

Ölkə

17 Dekabr 2010, 15:56

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az-a verilən məlumata əsasən, 2010-2011-ci tədris ilində ali məktəblərə ən az abituriyenti qəbul olunan bölgələrin siyahısına aşağıdakı rayonlar daxildir:
Xaçmaz, Fizuli, Daşkəsən, Ağsu rayonları.
Təhsil Nazirliyi abituriyentləri aşağı nəticə göstərən rayonların təhsil qurumları barədə hansısa tədbirlər görəcəkmi?
Ttəhsil Nazirliyinin İctimayətlə əlaqələr şöbəsinin müdri Bayram Hüseynzadə deyib ki, abituriyentləri aşağı nəticə göstərən rayonlarla bağlı hələ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından rəsmi məktub almayıblar. Onun sözlərinə görə, tələbə qəbulunda aşağı nəticə göstərən rayonlar barədə hər ilin sonunda-dekabr ayında Təhsil Nazirliyinə rəsmi məktub daxil olur.
“Yəqin bu ilki qəbulda aşağı nəticələr barədə məlumat Təhsil Nazirliyinə dekabr ayında veriləcək. Ondan sonra məsələ araşdırılacaq və ola bilsin qəbulda aşağı nəticə göstərən rayonların Təhsil şöbələrinə və hansısa məktəblərin direktorlarına xəbərdarlıq, töhmət verilsin”.

Mail Ağaxanov  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı