Modern.az

İlham Əliyevin 49 yaşı üçün 49 metrlik tort bişirilir

İlham Əliyevin 49 yaşı üçün 49 metrlik tort bişirilir

Ölkə

21 Dekabr 2010, 13:20

Dekabrın 24-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 49 yaşı tamam olur. Bu münasibətlə Gəncədə 49 metrlik tort bişirilir.
Qeyri-adi tərtibatda hazırlanacaq tort Gəncə şəhər rəhbərliyi və gəncəli iş adamları tərəfindən hazırlanacaq.
"Azadlıq" radiosunun məlumatına görə, Gəncə şəhər İcra Hakimiyyəti Başçısının müavini Akif Ələkbərov hələlik hazırlıq işləri getdiyindən tortla bağlı təfərrüatı açıqlamayıb.

Ötən il 48 metr uzunluğunda, 11 ton ağırlığında hazırlanan tortun üzərində prezidentin 48 illiyinə həsr olunan kompozisiya, sağ və sol tərəfində isə Gəncənin tarixi memarlıq abidələrinin, şəhərin müxtəlif ərazilərinin təsvirləri öz əksini tapıb. Gəncə bununla Avropanın ən böyük tort rekordunu vurub. Torta baxmağa və yeməyə 30 min adam gəlib. Tortun hazırlanmasına 3.5 ton un, 3 ton qənd, 500 kq kərə yağı, 35 min yumurta, 500 kq qoz sərf olunub.

Artıq dördüncü dəfədir hazırlanan tort hər il bir metr uzanır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı