Modern.az

Məşhur stilist gələn ilin geyim dəbləri barədə danışdı

Məşhur stilist gələn ilin geyim dəbləri barədə danışdı

Ölkə

31 Dekabr 2010, 12:09

Xanımlar hər zaman dəblə ayaqlaşmağa çalışıblar. Çoxları gözəl və cazibədar görünmək üçün məhz dəblə geyinməyi önəmli hesab edir. Onlar “gözəllik ondur, doqquzu dondur” prinsipini özləri üçün vacib hesab edirlər.
Tanınmış stilist Anar Ağakişiyev üzümüzə gələn 2011-ci ildə - dovşan ilində- hansı rənglərin dəbdə olacağı barədə Modern.az saytına danışıb.
Stilistin sözlərinə görə, bu 2011-ci ilin aparıcı rəngləri boz, qəhvəyi, yaşıl, qırmızı, tülkü rəngi və mavi rənglər olacaq. 

A.Ağakişiyev deyir ki, dəbdə olacaq rənglər ilin birinci və ikinci yarısında dəyişəcək. Beləki, ilin əvvəllərində boz, qəhvəyi, tülkü rəngləri üstünlük təşkil edəcək, ikinci yarısında isə yaşıl, qırmızı, mavi rənglərə daha çox yer veriləcək.

Stilist deyir ki, feyimlərdə Afrika stilli paltarlar, yəni çıt parcalardan hazırlanan boş geyimlər dəbdə olacaq. Geyimlərin uzun və qısalığı daha çox zövqə görə dəyişəcək. Bundan əlavə, stilistin sözlərinə görə, üzərində milli ornamentləri əks etdirən geyimlər də dəbdə olacaq.

Anar.Ağakişiyevin sözlərinə görə, 2011-ci ilin aparıcı aksesuarları saatlar, rəngarəng şərflər və eynəklər olacaq.  Xanımların hər zaman böyük maraq göstərdiyi bujiteriyalar isə 2011-ci ildə nisbətən arxa plana kecəcək.

Sədaqət Süleymanova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı