Modern.az

Azərbaycan parlamentinin eks-spikeri vəfat edib

Azərbaycan parlamentinin eks-spikeri vəfat edib

Təhsil

9 Mart 2014, 19:13


Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Süleyman Tatlıyev vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə Trend məlumat yayıb.

Süleyman Bayram oğlu Tatlıyev 27 fevral 1925-ci ildə Qazax rayonunda anadan olub.

S.Tatlıyev Nazirlər Sovetində İşlər idarəsinin müdiri (1970-1978), Nazirlər Soveti sədrinin I müavini (1978-1985), Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri (1985-1989) vəzifələrində çalışıb, SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

1994-cü ildən Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı