İranla razılaşma və ya hərbi əməliyyatların yenidən başlaması şansı 50-50-dir.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Axios"a bildirib.
"Düşünürəm ki, iki şeydən biri baş verəcək: ya mən onlara əvvəlkindən daha çox zərbə endirəcəyəm, ya da yaxşı bir razılaşma əldə edəcəyik", - deyə o, bildirib.
Ağ Ev lideri eyni zamanda mayın 23-də danışıqlar qrupu ilə görüş keçirməyi və bazar günü İranla mümkün hərbi əməliyyatların bərpası ilə bağlı qərar qəbul etməyi planlaşdırır.
Tramp vitse-prezident Cey Di Vens , prezidentin xüsusi elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin də görüşdə iştirak edəcəyini bildirib.