Modern.az

Ekspert: “Bələdiyyələrə konkret səlahiyyətlər verilməlidir”

Ekspert: “Bələdiyyələrə konkret səlahiyyətlər verilməlidir”

Образование

7 May 2014, 12:13



“Bələdiyyələrlə bağlı qanunvericilikdə xeyli dəyişikliyə ehtiyac var. İlk növbədə bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Səlahiyyətləri təkcə artırmaqla kifayətlənməməli, həmin səlahiyyətlərin konkretliyi təmin edilməlidir”.
Bunu Modern.az-a Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansının koordinatoru Abil Bayramov bildirib:

“Yerli özünüidarəetmə Xartiyası da tələb edir ki, bələdiyyələrə verilən səlahiyyətlər tam müstəsna olsun. Söhbət ondan getmir ki, bütün səlahiyyətlər birdən-birə verilsin. Bunu mərhələli şəkildə həyata keçirmək mümkündür. Hər bir mərhələdə bələdiyyələr üçün konkret səlahiyyətlər tanınmalıdır. Səlahiyyətlərin həyata keçirilməsinə hər hansı bir qurumun müdaxilə etmək imkanı olmamalıdır. Bununla yanaşı, həmin səlahiyyətlərin həyata keçirilməsini təmin edə biləcək maliyyə mənbələri verilməlidir. Hazırda bələdiyyələrin dayanıqlı maliyyə mənbələri yoxdur”.

Ekspert bildirib ki, bir neçə təklif irəli sürüblər, bunlardan bir də paylı vergi sisteminin tətbiq olunmasıdır: “Biz təklif edirik ki, hər hansı bir müntəzəm daxil olan vergidən bələdiyyələr üçün pay ayrılmalıdır. Bu daha dayanıqlı mənbə rolunu oynaya bilər. Əgər bələdiyyələrin konkret yerli əhəmiyyətli məsələlərin həllində konkret səlahiyyəti və onun həyata keçirilməsini təmin edə biləcək maliyyə mənbələri olarsa, nəticədə bələdiyyələr də əhaliyə keyfiyyətli xidmət göstərə bilər. Digər tərəfdən, yerli idarəetmədə pararlellik  aradan qaldırılmalıdır. Bununla yanaşı, bələdiyyə üzvləri və qulluqçularının hazırlığı mühüm əhəmiyyət kəsb edir. Əgər hazırlıqlı bələdiyyə üzvü və qulluqçusu varsa, onda daha yaxşı qərarlar qəbul olunacaq və daha yaxşı səviyyədə icrası təmin ediləcək. Bu isə xidmətin keyfiyyəinin artırılmasına təsirini göstərəcək. Əsas fundamental məslələr bunlardır”.

Gülşən Raufqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı