Modern.az

Rus ordusu Ukrayna sərhəddini kütləvi şəkildə keçməyə BAŞLAYIB

Rus ordusu Ukrayna sərhəddini kütləvi şəkildə keçməyə BAŞLAYIB

Образование

12 İyun 2014, 21:12


Rusiya hərbi texnikası kütləvi şəkildə Ukrayna ilə sərhəddi keçməyə başlayıb. Modern.az bildirir ki, bu barədə Ukrayna daxili işlər naziri Arsen Avakov jurnalistlərə bildirib. "Son 3 gündə Dyakovo məntəqəsindən BTR-lər, artilleriya toplarının, o cümlədən üç tankın keçdiyi qeydə alınıb” - deyə ukraynalı nazir bildirib.

Eyni zamanda, Ukraynanın "İnformasiya müqaviməti" qrupunun əlaqələndiricisi Dmitri Tımçuk bildirib ki, ilkin məlumata görə, sərhədi T-72 tankları keçib və onlar Ukraynanın sərhəd şəhəri Snejnoyedədir. “Hazırda döyüş davam edir”-deyə Avakov bildirib. Hazırda dövlət sərhəddinin müdafiə olunması üçün Milli Qvardiya, sərhədçilər və silahlı qüvvələr birgə əməliyyat keçirir.

X. SƏFƏRLİ  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı