Modern.az

Maradona Ermənistana gedəcək

Maradona Ermənistana gedəcək

Eğitim

21 Avqust 2014, 11:30


Dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona Yerevan şəhərində keçmiş dünya ulduzlarının futbol matçına gedəcək.

Modern.az erməni KİV-lərinə istinadən xəbər verir ki, argentinalı futbolçu SSRİ yığma komandasının və “Ararat” futbol klubunun hücumçusu Xoren Oqanesyanın 60 illik yubileyi münasibətilə Yerevanda keçiriləck matçda iştirak etməyə ilkin razılıq verib.

Görüşün 2015-cü ilin martında keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Xoren Oqanesyan SSRİ çempionatlarında 93, SSRİ yığmasında isə 6 top vurub. O, XX əsrin ən yaxşı erməni futbolçusu seçilib.  

Vüqar İsmayılov   

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı