Modern.az

Baş nazir jurnalisti sığalladı - VİDEO

Baş nazir jurnalisti sığalladı - VİDEO

Education

21 Noyabr 2014, 23:25


Tailandın baş naziri general Prayut Çan-Oça brifinq zamanı jurnalisti sığallayıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hökumət başçısı media ilə ünsiyyət zamanı gözlənilmədən reportyorun başına əlini çəkərək qulağını çəkib.

Bu zaman əlində mikrofon olan jurnalist kameraların obyektivini tutmamaq üçün  baş nazirin qarşısında dizi üstə çökübmüş. Prayut Çan-Oça həbs olunan 5 tələbə ilə bağlı açıqlama verib.

Onlar üç barmaqlarını qaldırdıqları üçün saxlanılıblar. Bu səssiz jest Syuzen Kollinzin “Ac oyunları” kitabından götürülən etiraz əlamətidir. Baş nazirə edilən bu qeyri-adi jest sosial şəbəkələrdə peyda olan kimi 60 minə yaxın izləyici toplayıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı