Suriya İnsan Haqları Monitorinq Mərkəzi İŞİD-in Rakka şəhəri yaxınlığında bir pilotu əsir götürdüyünü açıqlayıb.
Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, Suriyanın Rakka şəhərində girov düşən pilot iordaniyalıdır.Məlumata görə İŞİD pilotun idarə etdiyi döyüş təyyarəsini vurduqdan sonra onu girov götürüb.
Qeyd edək ki, İordaniya anti-İŞİD koalisiyasına qoşulan dövlətlərdən biridir.



Modern.az