İstanbulda gözlənilən qar yağışı xüsusilə axşam saatlarında daha da təsirli olmağa başlayıb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, güclü qar yağması səbəbindən şəhərdə yollarda hərəkət sanki iflic olub. Axşam saatlarında işdən çıxıb evlərinə getmək istəyən istanbullular yol kabusu yaşayır. Avtobusla hərəkət etməkdə çətinlik çəkirlər. Yüzlərlə insan avtobusların içində gözləyir. Bəzi sərnişinlər isə avtobuslardan enib piyada yollarına davam edir. İstanbul daxilində də axşam saatlarında başlayan surətli qar yağması nəticəsində sürücülər çətin anlar yaşayır. Şəhərin mərkəzi hissələrindəı nəqliyyat dayanma nöqtəsinə gəlib, maşınlar addım-addım irəliləyir.







Modern.az