Modern.az

Cəbhədə vəziyyət gərgindir

Cəbhədə vəziyyət gərgindir

Təhsil

25 Fevral 2015, 09:36


Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 32 dəfə pozub.

Müdafiə Nazirliyindən Modern.az saytına verilən məlumata görə  Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. 

Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Kəngərli, Qaraqaşlı, Cəvahirli, Sarıcalı, Şıxlar, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb. 

Düşmən cavab atəşi ilə susdurulub.

Modern.az


 

 



 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı