Modern.az

Deputatların sayı azalacaq

Deputatların sayı azalacaq

Təhsil

17 Mart 2015, 11:00


Ermənistanda baş tutacaq Konstitusiya dəyişikliyindən sonra parlamentdəki deputatların sayı 131-dən 75-ə qədər azaldıla bilər. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu haqda Respublika Partiyasının parlament fraksiyasının rəhbəri, partiyanın icra orqanının üzvü Vaqram Baqdasaryan bildirib. Jurnalist “söhbət deputat sayının 121-ə endirilməsindən gedirdi”, - deyə soruşanda parlamentdəki çoxluğun rəhbəri belə cavab verib: “121 rəqəmini birinci dəfə eşidirəm. İslahatı gözləyin, ola bilər ki, deputatların sayı 75-ə qədər azalsın”.

Baqdasaryanın sözlərinə görə, o, deputatların sayının azaldılmasının tərəfdarıdır: “Bu zaman yüksək professionallı parlament formalaşdırılacaq”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı