Modern.az

Bakıda 3 nəfər dənizdə BOĞULDU

Bakıda 3 nəfər dənizdə BOĞULDU

Aktual

20 İyul 2016, 18:51

Dənizdə 3 nəfər boğulub.

Bu barədə Modern.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

 

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda 50 metr dənizin içərisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3 km aralı, nəzarətsiz ərazidə) 3 nəfərin batması barədə məlumat daxil olub.

 

Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 25-26 yaşında olan naməlum qadın meyiti tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər batanların axtarışları davam etdirilir.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı