Modern.az

ABŞ-da silahlı hücum  - VİDEO

ABŞ-da silahlı hücum  - VİDEO

Aktual

31 İyul 2016, 20:47

ABŞ-ın Texas ştatında silahlı hücum olub. Modern.az saytı musavat.com-a istinadən  xəbər verir ki, bu barədə məlumatı Ostin polis departamenti öz rəsmi "Twitter" hesabından yayımlayıb.

 

Məlumata görə, hücum Texas ştatının Ostin şəhərindəki bir barın qarısında yerli vaxtla gecə saat 02.20-də meydana gəlib.

 

Ostin polis departameninin verdiyi məlumata görə, silahlı şəxs barın qarşısında dayanan şəxslərə atəş açıb. Nəticədə, təxminən 20 yaşı olduğu ehtimal olunan bir qadın həyatını itirb. Hadisə zamanı üç nəfər yaralanıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

 

Son məlumata görə, silahlı şəxs hələ də zərərsizləşdirilməyib. Polis axtarışa davam edir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı