Modern.az

Ərdoğan ABŞ-ı seçim etməyə çağırdı

Ərdoğan ABŞ-ı seçim etməyə çağırdı

Актуально

11 Avqust 2016, 13:34

Rəcəb Tayyib Ərdoğan  prezident sarayının ətrafında toplaşan vətəndaşlara səslənərək ABŞ-ın tez və ya gec seçim etməsinin vacibliyini qeyd edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Fətullah Gülənin Türkiyəyə qaytarılması üçün ABŞ-a təzyiqləri davam etdirdiyini deyib.

 

O, həmçinin ABŞ-ın tez bir zamanda ya terrorçu  Güləni ya da demokratiya ölkəsi Türkiyə arasında seçim etməsinin vacibliyini qeyd edib.

 

Ərdoğan çıxışı zamanı "belə bir terroristi , təxminən 17 ildir ölkəsində məskunlaşan bu alçağı ABŞ çox saxlamayacaq,  bizə  göndərəcək"  ifadələrini deyib.

 

Mirmahmud KAZIMOĞLU

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı