Modern.az

“Qalatasaray”  Türkiyə Super Kubokuna sahib oldu

“Qalatasaray”  Türkiyə Super Kubokuna sahib oldu

Aktual

14 Avqust 2016, 00:45

Bu gün futbol üzrə Türkiyə Super Kubokunun sahibi məlum olub. Modern.az saytı xəbər verir ki, ölkə liqasının çempionu “Beşiktaş”la Türkiyə kubokunun sahibi “Qalatasaray” üz-üzə gəlib. Oyunun əsas vaxtı heç-heçə başa çatdığında hakim əlavə vaxt təyin edib. Əlavə vaxtda isə  “Qalatasaray” futbolçuları iki dəfə fərqlənib. Amma topların birini öz qapılarına vurduqlarından oyunun əlavə vaxtında da kubokun sahibi müəyyənləşməyib.

Penaltilər seriyasında isə daha dəqiq oynayan “Qalatasaray”  Türkiyə Super Kubokuna sahib olub.

Qeyd edək ki, “Beşiktaş” ilə “Qalatasaray” 9 ildən sonra ikinci dəfə Super Kubok uğrunda mübarizədə qarşı-qarşıya gəlirlər. Belə ki, 2006-cı ildə keçirilən Super Kubok oyunu “qara qartallar”ın 1-0 hesablı qələbəsi ilə nəticələnmişdi.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı