ABŞ-ın Nyu-Yorkd şəhərindəki məscidlərin birinin imamı öldürülüb, daha bir nəfər yaralanıb. Modern.az xarici mediayaistinadən xəbər verir ki, insident şəhərin Ozon-Park rayonunda qeydə alınıb.
Din xadimi və onun tanışı “Əl-Furkan” məscidində ibadətdən evə qayıdıblar. İlkin məlumata görə, cinayətkar qurbanlarının başına atəş açıb. İmam yerindəcə keçinib, onunla birgə olan şəxs kritik vəziyyətdə xəstəxanaya çatdırılıb. Sonradan onun da öldüyü bildirilib.
Şahidlərin sözlərinə görə, cinayətkar məqsədli şəkildə imamı və yanındakı adamı güllələyib. Bunun səbəbi isə məlum deyil. Polis bəyan edib ki, şübhəli şəxs hələ də azadlıqdadır, hüquq-mühafizə orqanlarının isə onun dini əsasa görə belə hərəkət etdiyini sübut edəcək faktı yoxdur.
Modern.az