Azərbaycanı Rio-de-Janeyrodakı Yay Olimpiadasında təmsil edən kanoeçi Valentin Demyanenko mübarizəyə başlayraq yarımfinala yüksəlib.
Modern.az-ın xəbərinə görə, V. Demyanenko 1 nəfərlik qayıqla 200 metr məsafəyə seçmə yürüşdə finişə 39,749 saniyəyə çata bilib.
İdmançı bütün rəqiblərini qabaqlayaraq, yürüşün qalibi olub. O, ilk "5-lik"ə düşdüyü üçün, reqlamentə əsasən, yarımfinala yüksəlib.
Demyanenkonun növbəti yürüşü saat 17:42-də başlanacaq.
Ağa AKİFOĞLU