Hərbi bazaların İstanbul və Ankaradan çıxarılması prosesinə avqustun 22-dən başlanılacaq.
Modern.az xəbər verir ki, "Hurriyet" qəzeti bu barədə yazır. Açıqlamanın Türkiyənin müdafiə naziri Fikri İşıq tərəfindən verildiyi bildirilir.
Onun sözlərinə görə, hazırda hərbi bazaların Türkiyənin iri şəhərlərindən çıxarılmasına hazırlıq işlər aparılır.
Nazir qeyd edib ki, bu proses sentyabrın 15-dək yekunlaşacaq.
Modern.az