Modern.az

Azərbaycan Olimpiadada ilk qızıl medalını qazandı - YENİLƏNİB

Azərbaycan Olimpiadada ilk qızıl medalını qazandı - YENİLƏNİB

Aktual

21 Avqust 2016, 07:19

Taekvondoçumuz Radik İsayev finalda Niger təmsilçisi Əbdülrazaka İssufu Alfaqa üzərində qələbə qazanaraq Yay Olimpiya Oyunlarında qızıl medal əldə edib.

Hal hazırda Azərbaycan yığmasının hesabında on beş medal var: 1 qızıl, 4 gümüş, 10 bürünc.

Qeyd edək ki, bu Azərbaycanın Rio-2016-da qazandığı ilk qızıl medaldır.

***

Rio-2016 Yay Olimpiya Oyunlarında təmsilçimiz Radik İsayev finala çıxıb. Modern.az saytı xəbər verir ki, idmançımızın yarımfinalda rəqibi Böyük Britaniya idmançısı Mahama Ço olub. Bu döyüşdən qalib ayrılan Radik İsayev finala yüksəlib.

Bu qarşılaşmada Radik İsayevin rəqibi Nigeriya  idmançısı Abdulrazak İssufu Alfaqa olacaq.

 

00:02

 

Rio-2016 Yay Olimpiya Oyunlarında təmsilçimiz Radik İsayev 1/4 finalda Cənubi Koreya idmançısı Dongmin Ça ilə qarşılaşıb. Modern.az saytı xəbər verir ki, bu döyüşdən qalib ayrılan Radik İsayev yarımfinalda mübarizəni davam etdirəcək.

 

20:29

 

Rio-2016 Yay Olimpiya Oyunlarında taekvandoçuların mübarizəsi bu gün də davam edib. Modern.az saytı xəbər verir ki, bu gün komandamızın heyətində  son olaraq Radik İsayev mübarizəyə qatılıb. +80 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarışa 1/8 finaldan başlayıb. O, mərhələ adlamaq üçün Qazaxıstan idmançısı Ruslan Japarovla üz-üzə gəlib. Görüşboyu rəqibindən üstün olan Radik İsayev ilk raundda xal qazana bilməsə də, ikinci və üçüncü raundda bu üstünlüyünü xala çevirərək 11:2 hesablı qələbə qazanıb.

 

Təmsilçimiz 1/4 finalda Arman-Marşal Silla (Belarus) - Dongmin Ça (Cənubi Koreya) cütünün qalibi ilə gücünü yoxlayacaq.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı