Modern.az

“Bu seçkilərdə azərbaycanlılar qalib gələcəklər”

“Bu seçkilərdə azərbaycanlılar qalib gələcəklər”

Aktual

20 Avqust 2016, 20:58

“Parlament seçkilərində deputatlığa namizədliyini vermiş azərbaycanlı vətəndaşlarımızın seçiləcəyinə mənim heç bir şübhəm yoxdur.  Onlar bu seçkilərdə qalib gələcəklər”. Modern.az saytı  APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili  “Gürcü Arzusu-Demokratik Gürcüstan” tərəfindən parlament seçkilərində  azərbaycanlı namizədlər haqqında bildirib.

 

O, açıqlamasında azərbaycanlı namizədlərin peşəkar olduqlarını, yerli problemləri dərindən bildiklərini bildirib: “Bizim bu namizədlərin qalib gələcəyinə heç bir şübhəmiz yoxdur”.

 

Qeyd edək ki, Gürcüstan parlamentinə seçkilərdə iştirak etmək üçün “Gürcü Arzusu-Demokratik Gürcüstan”-dan Qardabanidən Savalan Mirzəyev və Marneulidən Ruslan Hacıyev və digər şəxslər namizədliyini irəli sürüblər.

 

Xatırladaq ki, Gürcüstanda parlament  seçkiləri oktyabrın 8-də keçiriləcək.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı