Modern.az

İlham Əliyev Rio-de-Janeyroya zəng etdi

İlham Əliyev Rio-de-Janeyroya zəng etdi

Aktual

21 Avqust 2016, 17:49

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də Rio-de-Janeyro Olimpiadasında qızıl medala layiq görülmüş taekvondoçumuz Radik İsayevə telefonla zəng edib. 

Modern.az saytı Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, İlham Əliyev bildirib ki, Radik İsayevin bu inamlı qələbəsi bütün Azərbaycan xalqını sevindirib. Dövlət başçısı qeyd edib ki, Radik İsayev əvvəllər də sübut edib ki, o taekvondo üzrə öz çəki dərəcəsində dünyada ən güclü idmançıdır. Belə ki, o həm Dünya çempionatında qələbə qazanıb, indi də Olimpiya çempionu adına layiq görülüb. Prezident İlham Əliyev idmançımızı səmimi qəlbdən təbrik edib, ona yeni-yeni uğurlar və qələbələr arzu edib.

Dövlət başçısı onun təbriklərini idmançının məşqçisinə də çatdırmağı xahiş edib.

Radik İsayev təbriklərə görə dərin təşəkkürünü bildirib. Qeyd edib ki, bu qələbəni Azərbaycanda Prezident İlham Əliyevin idmana göstərdiyi böyük diqqət və qayğı nəticəsində əldə etmək mümkün olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı