Modern.az

Türkiyə səfirliyi Bakının ermənilərdən azad edilməsini andı

Türkiyə səfirliyi Bakının ermənilərdən azad edilməsini andı

Güncel

15 Sentyabr 2016, 11:02

 

Nuru paşanın rəhbərliyi ilə 1918-ci ildə Bakının işğalçı erməni daşnaklarından azad olunmasının 98 illiyi münasibəti ilə Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları paytaxtımızdakı türk şəhid-əsgərlərin abidəsini ziyarət ediblər.

 

Modern.az-ın xəbərinə görə, Türkiyənin Azərbaycandakı müvəqqəti işlər vəkili Meral Barlas abidə önünə əklil, türk əsgərlərinin məzarları üstünə isə gül dəstəsi qoyub.

 

Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. M.Barlas xatirə kitabında qeydlərini edib.

Xanım diplomat deyib ki, bu mübarizədə canlarından keçənlər Azərbaycan və Türkiyə arasında möhkəm əlaqələrin əsasını qoyub:

“Münasibətlərimiz belə bir güclü təməl üzərində qurulub . Azərbaycanın müstəqilliyi üçün etdiyiniz bu fədakarlıq 98 il sonra da azərbaycanlı qardaşlarımız tərəfindən minnətlə anılır”.

 

O bildirib ki,  növbəti nəsil də "bir millət, iki dövlət" siyasətini davam etdirəcək.

 
Səfirlik əməkdaşları, ictimaiyyət nümayəndələri də şəhidlərin adları yazılmış lövhələrin üzərinə gül dəstələri düzüblər.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı