Modern.az

“Anderlext” bu dəfə də Azərbaycan klubuna şans vermədi

“Anderlext” bu dəfə də Azərbaycan klubuna şans vermədi

Aktual

15 Sentyabr 2016, 22:51

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsində çıxış edən təmsilçimiz “Qəbələ” səfərdə Belçika “Anderlext”inin qonağı olub. Modern.az saytı xəbər verir ki, qarşılaşmada ilk qolu meydan sahibləri vurub. Oyunun 14-cü dəqiqəsində "Anderlext"in  oyunçusu Teodorşuk komandasını hesabda önə çıxarıb. Oyunun 20-ci dəqiqəsində Baqali Dabo "Qəbələ"nin bərabərlik qolunu vurub. Ilk hissənin başa çatmasına 4 dəqiqə qalmış Santos avtoqola imza atıb  1:2. “Anderlext” oyunun 78-ci dəqiqəsində daha bir dəfə fərqlənərək hesabı 1:3-ə çatdırıb.

Qeyd edək ki, əvvəlki illərdə digər Azərbaycan klubları da “Anderlext”ə uduzub.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı