Modern.az

Deputat seçicilərə referendumun məsələlərindən DANIŞDI

Deputat seçicilərə referendumun məsələlərindən DANIŞDI

Aktual

17 Sentyabr 2016, 17:40

Milli Məclisin deputatı Rövşən Rzayev 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat mərhələsi çərçivəsində ölkənin Qərb bölgəsində seçicilərlə görüş keçirib.

Modern.az-ın məlumatına görə, deputat Gəncə, Samux, Daşkəsəndə keçirdiyi görüşlərdə referenduma çıxarılan əlavə və dəyişikliklər barədə seçicilərə ətraflı məlumat verib. Bildirib ki, sentyabrın 26-da keçiriləcək növbəti ümumxalq səsverməsi Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açacaq, Konstitusiyaya təklif olunan dəyişikliklərlə ölkənin idarəçilik sistemində bir sıra yeniliklər ediləcək. Həyata keçiriləcək yeniliklərdə isə əsas məqsəd Azərbaycan vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılması, ölkədə sabitliyin qorunmasıdır.

R.Rzayevin Qərb bölgəsindəki görüşləri bir nüçə gün davam edəcək.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı