Modern.az

AzTU-da beynəlxalq tədbir keçiriləcək

AzTU-da beynəlxalq tədbir keçiriləcək

Aktual

22 Sentyabr 2016, 15:30

28-30 sentyabrda Azərbaycan Texniki Universitetində (AzTU) «Maşınqayırmada intellektual texnologiyalar»  mövzusunda  beynəlxalq elmi-texniki konfrans keçiriləcək. Konfransda iştirakçılar üçün qabaqcıl elmi təcrübələrin mübadiləsi, elmi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi imkanı yaranacaq.

 

Beynəlxalq Konfransın işi 8 bölmə üzrə  təşkil olunacaq. Maşınqayırma sahəsinin prioritet məsələlərini əhatə edən bölmələrə “İntellektual idarəetmə sistemləri”, “Avtomatlaşdırılmış layihələndirmə və ekspert sistemləri”, “Maşınların layihələndirilməsində innovativ metodlar”, “Maşınqayırmada keyfiyyət: problemlər və perspektivlər”, “Yeni kompozisiya materiallarının materialşünaslığı və metallurgiyası”, “Bərk cisim, maye və qaz mexanikasının problemləri”, “Logistik sistemlər”, “Təhsildə intellektual texnologiyalar və resurslar” daxildir. Həmin bölmələr üzrə artıq 240 məqalə təşkilat komitəsinə təqdim olunub.

 

3 gün davam edəcək konfransda çox sayda tanınmış alimin və nüfuzlu qonağın iştirakı gözlənilir. Qonaqlar arasında Almaniya, Rusiya, Türkiyə və Ukraynadan olan elm adamları çoxluq təşkil edir. Həmçinin böyük zavod və müəsisə rəhbərləri, maşınqayırma sahəsi ilə maraqlanan iş adamları da konfransa dəvətlidi.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı