Astaranın daha bir kəndinə təbii qaz verilib. Modern.az SOCAR-ın saytına istinadən xəbər verir ki, təbii qazla təmin olunan rayonun Şağlazüzə kəndidir. Bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
233 abonenti olan kəndin qazlaşdırılması üçün hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Modern.az