Modern.az

Referendumun nəticələri təsdiq edildi

Referendumun nəticələri təsdiq edildi

مورد توجه

11 Oktyabr 2016, 17:43

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin (referendumun)  nəticələri barədə protokolu təsdiq edib.


Modern.az-ın xəbərinə görə, MSK-nın bu gün keçirilən iclasında təsdiq edilən protokolda qeyd edilib ki, respublika üzrə seçici fəallığı 69,7 faiz olub. 
 

Referendumda yol verilən nöqsanlara görə 6 seçki məntəqəsinin seçki komissiyası buraxılıb, 3 seçki məntəqəsində səsvermənin nəticələri tam, bir seçki məntəqəsində qismən ləğv edilib. Səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu ümumxalq səsverməsinə (referenduma) çıxarılmış Referendum Aktının 29 hissəsinin hər birinin lehinə səs verdiyindən Referendum Aktı qəbul edilib. 
 

MSK üzvlərinin hamısı protokola imza atıb.

 

Ağa AKİFOĞLU

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı