Modern.az

“Xalqımız ölüm-dirim dilemması arasında qalmışdı”

“Xalqımız ölüm-dirim dilemması arasında qalmışdı”

Aktual

14 Oktyabr 2016, 17:19

70 il sovetlərin tərkibində əzilən xalqlar arasında biz də olmuşuq. Azərbaycan vətəndaşı kimi deyil, sovet vətəndaşı kimi tanınmışıq. 

1991-ci ilin 18 oktyabrında müstəqilliyimizi bərpa etmişik. Artıq müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. Bir millət, xalq üçün müstəqillikdən şirin nemət ola bilməz.

Bəs, cəmiyyətimizdə bu 25 il necə dəyərləndirilir?

 

Modern.az-ın budəfəki müsahibi Bakı Dövlət Universitetinin Qafqaz xalqları kafedrasının müdiri, tarix elmləri namizədi, professor, YAP-ın Humanitar məsələlər üzrə komissiyasının sədr müavini İradə Hüseynovadır.


O, 25 yaşlı müstəqil Azərbaycanın uğurlarından danışarkən mərhum eks-prezident  Heydər Əliyevin xidmətlərini xüsusi qeyd edib.

“Müstəqilliyə  gedən yolun əsasını Heydər Əliyev qoyub. Belə ki, ümummilli liderimiz  1969-82-ci illərdə ölkəyə rəhbərlik edib. O, həmin vaxt hakimiyyətə gələn kimi inkişaf strategiyası tərtib edilərək, yüksək səviyyədə həyata keçirilib. Bu da sosial, iqtisadi sahələrə çox yaxşı təsir etdi. Kənd təsərrüfatı məhsullarının həcmi bir neçə dəfə artdı.

Daha sonra 1991-ci ilin oktyabrında Azərbaycan öz müstəqilliyini bəyan edib. Bu, çox vacib bir addım idi. Burada bir məqam var. Müstəqilliyi elan etmək şərəflidirsə,  onu real həyatda yaşamaq çox müşkül və çətindir. 90-cı illərin əvvəllərində baş verən siyasi hadisələr həmin dövrün  siyasətçilərini öz təsiri altına aldığı halda, Heydər Əliyev həmin siyasi hadisələri öz  iradəsinə diqtə etmək qüdrətinə malik olduğunu təsdiqlədi.

Xalqımız ölüm-dirim dilemması arasında qalmışdı. Bədxahların xalqımızı Cənubi Qafqazın xəritəsindən silmək planları reallaşmaq üzrə idi. Belə çətin bir vaxtda Heydər Əliyev yenidən xalqın yanına qayıtdı. Onun qayıdışı bütün təhlükəli proseslərin qarşısını aldı. Ən böyük zəfər isə Azərbaycan dövlətçiliyinin bərqərar olmasıdır. Müstəqillik elan olunandan sonra ölkədə quruculuq işləri aparıldı. Demokratik prinsiplər bərqərar oldu. Azərbaycan parlamenti tərəfindən bir sıra qanunlar qəbul edildi. Ölüm hökmü ləğv edildi. İnsan hüquqlarının təminatı sahəsində Azərbaycanda bir çox addımlar atıldı. Ombudsman institutu yaradıldı. O cümlədən, həyatımızın bir çox sahələrində, elm təhsil mədəniyyətdə yeniliklər baş verdi”.

İradə Hüseynova “Əsrin müqaviləsi”ndən də danışıb.

“1994-cü ilin 20 sentyabrında  “Əsrin müqaviləsi”  imzalandı. Bir çox dövlətlərin, şirkətlərin investisiyaları Azərbaycana axmağa başladı. Heydər Əliyevin qoyduğu ənənələr bu gün də İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cəmiyyətimiz gənc nəsli lazımi dəyərlərə, biliklərə yiyələndirməklə  gərəkli vətəndaş yetişdirir. Eyni zamanda, dövlət başçımız tərəfindən regionların inkişafı ilə bağlı bir neçə dəfə xüsusi sərəncamlar verilib. Bunun nəticəsidir ki, rayonlarımızda inkişaf yüksək səviyyədədir”.

Dünyada gedən siyasi, iqtisadi proseslərdən kənarda qala bilmərik. Dünyanı iqtisadi böhran bürüyüb. Bu böhrana qarşı bir neçə ildir ki, Azərbaycan duruş mövqeyi nümayiş elətdirir. İstər-istəməz maliyyə məsələləri bu və ya digər şəraitdə öz təsirini göstərməkdədir”.

Professor xanım, ötən 25 ildə qazandıqlarımızın daha çox olduğunu da söyləyib.

“Ən yaralı yerimiz Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Çox istərdik ki, torpaqlarımız azadlığına qovuşsun. Münaqişənin həll olunması üçün dövlət başçısı çox işlər görür. İnanırıq ki, bu məsələ dövlət başçımızın güclü iradəsi sayəsində tezliklə həll olunacaq”.

 

Namidə BİNGÖL

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı