İraq ordusu Mosul uğrunda döyüşlərdə mövqelərini irəliləməyə nail olub.
Modern.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Mosulun 10 kilometrliyində yerləşən Həmdaniye qəsəbəsi İraq ordusu və İŞİD döyüşçüləri arasında döyüş meydanına çevrilib.
Əsasən xristianların yaşadığı ərazidə tüstü və duman görünür.
Vüqar İSMAYILOV