Modern.az

Sarkisyanın Azərbaycana səfəri davam edir

Sarkisyanın Azərbaycana səfəri davam edir

Güncel

12 Dekabr 2016, 13:39

Ermənistan prezidenti Serj Sarkisyan işğal altındakı Qarabağ torpaqlarına 3 günlük səfəri davam edir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu gün Xankəndinin mərkəzində Sarkisyan işğalçı ordunun hərbi qulluqçularına və müharibə veteranlarına avtomobillər hədiyyə edib. Mərasimdə onu separatçı rejimin lideri Bako Saakyan da müşayiət edib.

Xatırladaq ki, Dağlıq Qarabağa səfəri çərçivəsində Serj Sarkisyan təmas xəttinin cənub və şimal istiqamətlərində olub, bir sıra hərbi infrastruktur obyektlərinin açılışında olub.

Vüqar İSMAYILOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı