Modern.az

Tovuz sakini benzindən zəhərlənib

Tovuz sakini benzindən zəhərlənib

Aktual

14 Dekabr 2016, 21:18

Tovuz rayonunda zəhərlənmə faktı qeydə alınıb. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, rayonun Əlibəyli kənd sakini, 1994-cü il təvəllüdlü Quliyev Eldəniz Vəli oğlu benzindən zəhərlənmə əlaməti ilə Tovuz Mərkəzi Rayon Xəstəxanaya yerləşdirilib.

 

Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, E. Quliyev iş görən zaman benzindən zəhərlənib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı