Modern.az

Əfv Komissiyası daha 100 müraciətə baxdı - iki iclas da keçiriləcək

Əfv Komissiyası daha 100 müraciətə baxdı - iki iclas da keçiriləcək

Aktual

6 Mart 2017, 17:24

Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Bu barədə Modern.az-a komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

Komissiya üzvü bildirib ki, iclasda əfvlə bağlı 100-dən artıq müraciətə baxılıb:

"Hələ müraciətlərə baxılır. Daha 2 iclas keçiriləcək, müraciətlərə baxıldıqdan sonra yekunlaşacaq".

Qeyd edək ki, Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı gözlənilir.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı