ABŞ-ın birinci ledisi Melanya Trampın atası Viktor Knavs Sloveniya Yuqoslaviyanın tərkib hissəsi olan zamanlar Kommunist partiyasının üzvü olub. Modern.az xəbər verir ki, bu barədə “Expers” qəzeti yazır.
Kommunist ailəsində anadan olduğu üçün Melanya xaç suyuna salınmayıb. Sosialist ölkəsinin vətəndaşları tez-tez vəzifə yüksəlişinə nail olmaq üçün kommunist partiyasına daxil olurdular. Knavs ailəsinin dostunun sözlərinə görə, partiya üzvləri Viktora və yaxınlarına iş tapmaqda yardımçı olmuşdu.
Vüqar İSMAYILOV