Bu gecə Çempionlar Liqasında yarımfinal mərhələsinin bir cavab görüşü keçiriləcək.
Modern.az-ın məlumatına görə, ilk oyun günündə “Yuventus” öz meydanında “Monako”nu qəbul edəcək. Bu komandalar arasında 6 gün əvvəl keçirilən ilk oyun “Yuventus"un 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Yuventus”-“Monako” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Yarımfinal mərhələsinin digər matçı mayın 10-da Madridin “Atletiko” və “Real” komandaları arasında keçiriləcək. Bu komandalar arasında ilk görüşdə kral klubu 3:0 hesabı ilə qalib gəlib.
Çempionlar Liqası
1/2 final, cavab oyunu
9 may
“Yuventus” - “Monako”
İlk oyun - 2:0
10 may
“Atletiko” - “Real”
İlk oyun - 0:3
Xatırladaq ki, ÇL-in finalı iyunun 3-də Kardiffdə keçiriləcək.