Modern.az

Professor Zakir Avşar BDU-da olub

Professor Zakir Avşar BDU-da olub

Aktual

15 May 2017, 18:05

IV İslam Həmrəylik Oyunları çərçivəsində ölkəmizə səfər edən Türkiyənin Qazi Universiteti Jurnalistika fakültəsinin professoru Zakir Avşar Bakı Dövlət Universitetində olub.

 

Rektor, akademik Abel Məhərrəmov qonağı növbəti dəfə universitetdə görməkdən məmnunluğunu ifadə edib, fakültələrarası əməkdaşlığı yüksək qiymətləndirib.

Professor Zakir Avşar, öz növbəsində, birgə layihə və proqramlardan bəsh edib, əməkdaşlığın gələcək perspektivləri barədə fikirlərini bölüşüb.

 

Sonra professor Zakir Avşar Jurnalistika fakültəsinin “Barama” İnnovasiya Mərkəzi  ilə tanış olub, müəllim-tələbə heyəti ilə fikir mübadiləsi aparıb, doktorant, tələbə və magistrantlara mühazirə oxuyub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı