Modern.az

Qəbələ-İsmayıllı yolunu bağlayan ağaclar götürüldü

Qəbələ-İsmayıllı yolunu bağlayan ağaclar götürüldü

Aktual

21 May 2017, 21:44

Bu gün  güclü külək nəticəsində Qəbələ-İsmayıllı avtomobil yolunun Qəbələ rayon Vəndam qəsəbəsi və İsmayıllı rayon Topçu kəndi ərazilərindən keçən hissəsində iri gövdəli ağacların aşması nəticəsində avtomobil yolu bağlanıb. Modern.az Fövqəladə Hallar Nazirliyinə (FHN)  istinadən xəbər verir ki, nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq müvafiq tədbirlər görülüb və nəqliyyatın hərəkəti bərpa edilib. Əməliyyat saat 18:42-də başa çatıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı